"Şəxsi kabinet"in yaradılması və istifadə qaydası
Milli Müdafiə Universitetinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin şəxsi kabineti olmalıdır.
İstifadəçilər xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu zamanı aşağıdakı qaydalara diqqət yetirməlidirlər:
· Tələb olunan təsdiqedici sənədlərin və arayışların təlimata uyğun yerləşdirilməsi;
· Portala əlavə olunacaq müvafiq sənədlərin surətinin PDF və JPG formatında olması;
· Qeydiyyat zamanı göstərilən elektron ünvan və əlaqə nömrəsinin düzgün qeyd olunması;
· Şəxsi kabinetdə olan “Məktublar qutusu”nun mütəmadi olaraq yoxlanılması.
Şəxsi kabinetə giriş məlumatlarının gizli saxlanılması xahiş olunur.