Ən çox verilən suallar

Sual: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na qəbul üçün yaş həddi nə qədərdir?

Cavab: Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, Azərbaycan Respublikasının 30 yaşınadək kişi cinsli vətəndaşları qəbul edilirlər.

 

Sual: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na qəbul üçün hansı sənədlər tələb olunur?

 Cavab: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

-  kursa qəbul olunmaq barədə ərizə;

-  anket forması;

-  tərcümeyi-hal (1 nüsxədə);

-  təhsil haqqında sənədin surəti (1 nüsxədə);

-  doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);

-  yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);

-  əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);

-  şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);

-  sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);

-  nikah haqqında şəhadətnamənin surəti (evli olduqda,  1 nüsxədə);

-  həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);

-  rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);

-  hərbi biletin bütün vərəqlərinin surəti (notariat qaydada təsdiq olunmuş, 1 nüsxədə);

- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

 

Sual: Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular dövlət tərəfindən mənzil ilə təmin edilir?

Cavab: Silahlı Qüvvələrdə 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçular daimi ev ilə təmin olunurlar.

 

Sual: Xidmət etdiyim müddətdə mənzil ilə təmin olunmadığım təqdirdə mənə yaşayış sahəsi üzrə kirayə pulu ödənilir?

Cavab: Hərbi qulluqçu xidməti mənzil ilə təmin olunmadığı təqdirdə, yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyası ilə təmin edilir.

 

Sual: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul  olunduqdan sonra təhsil aldığım ixtisası dəyişdirə bilərəm?

 Cavab: Namizəd müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilir və kurs müddətində xidməti zərurət olmadıqda ixtisas dəyişdirilmir.

 

Sual: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”ndan məzun  olduqda təyinat yerim necə müəyyən ediləcəkdir?

 Cavab: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun məzunlarının təyinatı bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı təqdim edilir.

 

 Sual: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”ndan məzun olduqdan sonra neçə il xidmət edə bilərəm?

 Cavab: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”ndan məzun olanlarla ilk növbədə 3 il müddətinə bağlaşma bağlanılır. Bu müddət bitdikdə, müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır.

 

Sual: Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş və ehtiyata buraxılmış vətəndaş təkrar ximətə qayıtmaq üçün müraciət edə bilər?

Cavab: Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər müddətdən artıq həqiqi hərbi xidmətə cəlb olunmaq üçün müraciət edə bilər.

 

Sual: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”ndan məzun olanlara hərbi rütbə verilir?

 Cavab: “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”ndan məzun olanlara xidmət müddətində kiçik çavuş, çavuş və baş çavuş hərbi rütbələri verilir.

 

Sual: Hərbi qulluqçuların və onların ailə üzvlərinin tibbi təminatı necə həyata keçirilir?

Cavab: Müdafiə Nazirliyinin tibb müəssisələrində hərbi qulluqçunun özü üçün ödənişsiz, ailə üzvləri üçün isə tibbi təminat güzəştli şərtlərlə aparılır.

 

Sual: Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular güzəştli ipoteka kreditlərindən yararlana bilər?

 Cavab: Azərbaycan Ordusunda minimum 3 (üç) il xidmət etmiş hərbi qulluqçu güzəştli ipoteka kreditlərindən yararlana bilər.